Bazar ertəsi , İyul 13 2026
azfa

İranın Azərbaycandakı səfiri tərbiyəsizcəsinə məntiqi mənalı paylaşımına görə İsrail səfirini hədələdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın Azərbaycandakı səfiri Abbas Musəvi, İsrailin Bakıdakı səfirinin Təbriz haqqında kitabla mənalı paylaşımına Tvitter hesabında hədə ilə münasibət bildirib:

“Macəra axtarışında olan bu oğlancığazın nəzərinə: Əziz Təbrizimiz İranın qürurlu tarixində ilklər diyarı kimi tanınır. Görünür, ilk xəbis sionisti də Təbrizin qeyrətli əhalisi tərəfindən dəfn ediləcək. Qırmızı xəttimizi heç vaxt keçməyin, heç vaxt!”.

Səfirə demək lazımdı ki, bəli Təbriz ilklər və mədəniyyət şəhəri idi. lakin irqçi fars rejim hakimiyyətə gələndən Təbrizi müstəmləkə edib var-yoxunu taladınız. İndi isə ətraf mühitini məhv edirsiz. Siz Təbriz sömürmək üçünmü əzizdir?!

Qeyd edək ki, Corc Dik Azərbaycanın tarixi şəhəri Təbrizin tarixi, incəsənətindən bəhs edən “Təbrizin sehrli nağılları” kitabı ilə bağlı paylaşım etmişdi.

İsrail diplomatı Tvitterdə yazmışdı:

“Bu yaxınlarda mənə ərməğan edilən bu möhtəşəm kitabda Təbrizdə Azərbaycan tarixi və mədəniyyəti haqqında çox şey öyrənirəm. Siz bu günlərdə nə oxuyursunuz?”

Xatırladaq ki, “Təbrizin sehrli nağılları” dünya incəsənəti tarixində özünəməxsus yer tutan, Orta və Yaxın Şərq xalqları incəsənətinin maraqlı və zəngin bir hissəsi olan Azərbaycan miniatür sənətindən bəhs edir.

Həmçinin yoxlayın

Təbrizin üç şirkətinin zərərçəkən investorları Tehranda etiraz aksiyası keçirdi; etirazçılar “Bayram vədi bəsdir, süfrəmiz boşdur” şüarı səsləndirdilər

GADTB: Təbrizin “Ayan”, “Lalə” və “Mümtaz” şirkətlərinin bir qrup zərərçəkmiş investoru Tehranda etiraz aksiyası keçirərək …

İran ərəb ölkələrinə raket və pilotsuz uçuş aparatları ilə hücum etdi

GADTB: İranın qərb və mərkəzi bölgələrində yerləşən müxtəlif buraxılış məntəqələrindən regionun ərəb ölkələrinə qarşı genişmiqyaslı …