Şənbə , İyul 19 2025
azfa

İranın BMT-dən xaric edilməsi üçün müraciət edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İrandan kənarda yaşayan 41 tanınmış siyasətçi və alim Tehran rejiminin BMT-dəki nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılması tələbi ilə 11 Qərb ölkəsinə müraciət məktubu ünvanlayıb.

Müraciətçilər Qərb ölkələrinin rəhbərlərindən İran nümayəndə heyətinin fəaliyyətinin dayandırılması üçün BMT-dəki səfirlərinə göstəriş vermələrini istəyiblər.

 “İran hakimiyyətinin narazılara qarşı repressiyalarını, beynəlxalq öhdəliklərinə əməl etməməsini, Baş Assambleyanın daxili nizamnaməsinə və prosedur qaydalarına istinad edərək, BMT-nin məqsədlərinə etinasız yanaşdığı səbəbindən İran nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılmasını tələb edirik”, – müraciətdə bildirilib.

Müraciətçilər arasında nüfuzlu Güney azərbaycanlı siyasətçi Həsən Şəriətmədarinin də olduğu bildirilib.

Həmçinin yoxlayın

Azərbaycanlı millət vəkili Güney Azərbaycana qarşı struktur ayrı-seçkiliyi tənqid edib

GADTB: Təbriz, Azərşəhr (Tufarqan) və Üskü şəhərlərinin İran parlamentindəki deputatı Əlirza Novin Pezeşkian hökumətinin iqtisadi …

Molla rejimi Səhər Məmizadəni Ərdəbildə həbs edib

GADTB: İrqçi fars-molla rejimin SEPAH məmurları Ərdəbildə azərbaycanlı mülki fəal Səhər Məmizadəni iyunun 18-də evinə …