Çərşənbə , Oktyabr 21 2026
azfa

İranın cinayətkar mollalar qadın aktyorlara geyiminə görə məhkəməyə şikayət ediblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın Qumdakı cinayətkar molla tələbələr hicaba riayət etməyən İran sinemasının 15 qadın aktyoruna məhkəmədə şikayət ediblər.

Mollar həmin 15 qadın aktyorun saçının və qulağının bir hissəsinin görünməsi, başa gül taxmaq və şlyapa papaqdan istifadə etməyi doğru-düzgün hicab taxmamaq kimi qiymətləndirib. Onların iddiasına görə, bu, ictimai əxlaqın pozulması deməkdir və bu məqsədlə onlar öz şikayətlərini Qum şəhər Ümumi və İnqilab Məhkəməsinə təqdim ediblər.

Şikayətçi olan min oyundan çıxan cinayətkar mollalar özlərinə dəymiş “ziyan”ın ödənilməsini istəyiblər.

Molla tələbələr iddia ediblər ki, həmin qadınların hicabdan doğru istifadə etməməsi mənəvi ziyana səbəb olub, intellekti zəiflədib və şüurda cinsi görüntülərin həkk olmasına səbəb olur. Onlar iddia ediblər ki, guya qadınları geyimi onları Allahla ünsiyyət saxlamaqdan uzaqlaşdırıb.

Həmçinin yoxlayın

Təbrizdə Vahid Vidafərin bir paylaşımı bəyənməsinə görə 75 gündür həbsdə saxlanıldığı və taleyinin qeyri-müəyyən olduğu bildirilir

GADTB: Təbriz şəhərində yaşayan Vahid Vidafər həbs olunmasından 75 gün keçməsinə baxmayaraq, hələ də taleyi …

Azərbaycanlı siyasi məhbuslara təzyiqlər artır: Milli fəallar Təbriz həbsxanasında ümumi cinayət məhbuslarının saxlanıldığı kameralara köçürülüb

GADTB: Yayılan məlumatlara görə, Azərbaycanlı siyasi məhbuslar Yürüş Mehrəlibəyli, Əli Babayi və Əli Nəjadabbasi Bostanabadinin …