Çərşənbə axşamı , May 17 2022
azfa

İranın Ermənistanı özünə “əhəmiyyətli” qonşu kimi göstərmək üçün dəridən-qabıqdan çıxması davam edir

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, Şərqi Azərbaycan vilayətinə rejimin təyin etdiyi vali də daxil olmaqla İran rəsmilərinin Ermənistanla münasibətləri genişləndirmək üçün dəridən-qabıqdan çıxma kampaniyası davam edir.

Bu dəfə Sepah terrorçusu olan vali Abidin Xürrəmin iştirakı ilə İranın ixracının artırılması və bölgənin bazarlarına çıxış əldə etməsi mövzularını müzakirə etmək üçün vebinar keçirilib. 

Abidin Xürrəm iddia edib ki, İbrahim Rəisi hökuməti qonşularla əlaqələrin inkişaf etdirilməsi siyasətini yürüdür. O, Şərqi Azərbaycan vilayətinin də ölkənin şimal qərb qonşuları (yəni Azərbaycan Cumhuriyyəti və Ermənistanla) ilə münasibətlərin və ticarət əlaqələrinin inkişaf etdirilməsində mühüm rol oynaya biləcəyini deyib. 

Maraqlı cəhət ondan ibarətdir ki, vebinarın konkret olaraq şimal qərb qonşularla əlaqələrin inkişafı mövzusunda keçirilməsinə baxmayaraq, burada İranın Azərbaycandakı səfiri Abbas Musəvi ya iştirak etməyib, ya da heç o, vebinara dəvət edilməyib. Lakin İranın Ermənistandakı səfiri və daim qatı erməni sevgisi ilə “məşhurlaşan” Abbas Bədəxşan Zühuri tədbirə qatılıb və çıxışında Şərqi Azərbaycan vilayətinin ticarət əlaqələrində göstərə biləcəyi “potensialı” Ermənistana təqdim etmək yönündə çalışmasından ağız dolusu danışıb. 

Qeyd etmək lazımdır ki, İran Zəngəzur dəhlizinə qarşı Azərbaycan Respublikasına “təzyiq göstərmək” siyasətinin işə yaramadığını əyani olaraq görüb geri oturdulduqdan sonra digər vasitələrə əl atıb. Belə ki, hazırda İran Ermənistanı Avrasiyaya və Avropaya əsas çıxışı adlandırmaq, Qafanda konsulluq açmağa qərar vermək və digər bu kimi addımlarla Zəngəzur dəhlizinin açılmasına mane olacağına ümid bəsləyir. 

İranın burada həyata keçirdiyi təhlükəli siyasət isə Ermənistanla əlaqələrində Güney Azərbaycanda fəaliyyət göstərən öz xidmətkarı olan məmurlar və şirkətlərdən istifadə etməyə, bununla da quzey və güney azərbaycanlılar arasında Qarabağ müharibəsindən sonra daha da dərinləşən milli hislərə zərbə vurmağa çalışmasıdır. Halbuki Güney Azərbaycan ərazisində fəaliyyət göstərməsindən asılı olmayaraq bu rəsmi şəxslər və şirkətlərin İran hökumətinin əlaltıları olması heç kimə sirr deyil və bu səylər da öncəkilər kimi nəticə hasil etməyəcək.

Həmçinin yoxlayın

Enerji və tranzit: Tehran-İrəvan əməkdaşlığının ən mühüm sahələri

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İrana” istinadən yaydığı məlumata görə, İran Ermənistanla əlaqələri və əməkdaşlığını gücləndirir. …

Azərbaycan türkcəsini məhv edən İrandan məktəblərdə “fars dilini qoruma zəngi”-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 40 milyondan çox türkün dilini qadağan edib, məhvə …