Çərşənbə axşamı , Avqust 25 2026
azfa

İranın Ermənistandakı mədəniyyət müşaviri İrəvandakı Azərbaycanın Göy Məscidinin İrana məxsus olduğunu iddia edir

GADTB: Məhəmməd Əsədi Movəhhed qədim Azərbaycan ərazisi olan İrəvandakı Göy Məscidin İranın tarix və mədəniyyətinin qaşı olduğunu iddia edən bəyanatla çıxış edib.

İranlı diplomat İranın SNN xəbər ajansına müsahibəsində deyib:

“270 illik tarixə malik İrəvan Göy Məscidi Ermənistanın ən vacib turizm məkanlarından biridir.

 Bu məscid həm də mədəniyyət mərkəzi və dini təlimlər mərkəzi kimi fəaliyyət göstərir və İran İslam Respublikası tərəfindən idarə olunur.

Gündəlik yayda 500-600, qışda isə 200-250 ziyarətçi bu memarlıq-sənət və tarixi abidəni ziyarət edir.

Göy Məscid tikiliş, tarixi memarlıq baxımından İrana aid olduğu üçün bizim üçün dəyərlidir.

Ermənistan dövləti ilə razılaşdırılmış anlaşmaya əsasən, sözügedən məscid İran İslam Respublikasının ixtiyarındadır.

1996-cı ildə məscidin təmiri başa çatıb.

1996-cı ildən mədəniyyət ocağı kimi fəaliyyətə başlayıb. İranlılar və müsəlmanlar üçün dini istinad yeri kimi İrəvan Göy Məscidində dini mərasimlər və ayinlər keçirilir.

Bu məscidi ziyarət etmək turistlərə müsəlman İranın tarixi və mədəniyyətinə dərindən bələd olmaq imkanı verir”./ Azad İran

Həmçinin yoxlayın

ABŞ molla rejimi ilə əlaqəli 60-a yaxın şəxs, şirkət və gəmini sanksiyaya məruz qoyub

GADTB: ABŞ Maliyyə Nazirliyi İran İslam Respublikası ilə əlaqəli 60-a yaxın şəxs, şirkət və gəmiyə …

Molla rejimin həbs etdiyi Əsgər Əkbərzadənin səhhəti ağırlaşıb; məhbus yoldaşları onun təcili xəstəxanaya köçürülməsini tələb edir

GADTB: Ərdəbil Mərkəzi Həbsxanasında həbsdə saxlanılan azərbaycanlı fəal Əsgər Əkbərzadənin səhhəti ağırlaşıb. Şiddətli qarın ağrısı …