Çərşənbə , İyun 18 2025
azfa

İranın ETTELAAT İdarəsi Ərdəbildə azərbaycanlı fəal Həbib Nigəhbanı hədələyib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Ərdəbildəki ETTELAAT İdarəsi azərbaycanlı milli-mədəni fəal Həbib Nigəhbanı telefon vasitəsilə idarəsinə çağrılaraq bir neçə saat dindirilib.

Fevral ayının 28-də telefon vasitəsilə Ərdəbildəki rejimin ETTELAAT İdarəsinin informasiya qərargahı tərəfindən idarəyə çağrılan azərbaycanlı fəal saatlarla təhlükəsizlik məmurları tərəfindən dindirildikdən sonra hədələnib.

Məlumata görə, fəal son günlər dəfələrlə idarəyə çağrılsa da, çağırışın qanunsuz olduğuna görə ETTELAAT İdarəsinə getməkdən imtina etmişdi.

Həbib Nigəhbanın dediyinə görə, iş vaxtından sonra 4 saat davam edən dindirmə zamanı rejimin məmurları ona “Bütün milli-mədəni fəalların dosiyalarının əllərində olduğunu, istədikləri vaxt onları həbs edə biləcəklərini” deyiblər.

Qeyd edək ki, Həbib Nigəhban Təbriz Universitetinin “Coğrafiya və şəhərsalma” ixtisası üzrə magistratura mərhələrində təhsil alır. Fəal bundan öncə, illik Savalan dağı mərasimi zamanı, eləcə də Təbrizdə Səhənd Stadionunda və tanınmış milli-mədəni fəal Əziz Purvəlinin yas mərasimində yaxalanmışdır.

Həmçinin yoxlayın

Ərdəbildə partlayışlar baş verib

GADTB: Bu gün Ərdəbil şəhərinin bəzi bölgələrində güclü partlayışların baş verdiyi bildirilib. Bəzi “Telegram” kanalları …

GADTB başqanı sayın Əjdər Tağızadənin “TV Musavat” kanalında “İranın nüvə obyektlərinə hücum: Tehran boşaldılır, Çin İrana təyyarələr göndərdi- İran ABŞ-ı vuracaq” mövzusunda çıxışı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …