Şənbə , May 17 2025
azfa

İranın ETTELAAT İdarəsi Türkiyədə yaşayan Aygün Rəştbərini ölümlə hədələyib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin Culfa şəhərindəki ETTELAAT İdarəsi Güney Azərbaycanın Culfa şəhərindən olan və Türkiyəsə yaşayan Aygün Rəştbərinin ölkədən çııxışına qadağa qoymaqla onu ölümlə hədələyib.

Güney Azərbaycana gəlmiş Türkiyədə yaşayan azərbaycanlı xanım iyulun 20-də geri qayıtmaq məqsədilə Təbriz hava limanına gedib. Lakin orada ona ölkədən çıxışına qadağa qoyulduğunu bildiriblər.

Fəalın pasportu da hava limanının təhlükəsizlik məmurları tərəfindən əlindən alınıb.

Qeyd edək ki, azərbaycanlı xanım martın 7-də anasının yas mərasiminə qatılmaq üçün Culfaya geri dönüb və aprelin 20-də rejimin Culfadakı ETTELAAT İdarəsinə çağrılaraq sorğu-suala tutulub.

Aygün Rəştbəriyə təzyiq edən rejimin ETTELAAT orqanı məmurları bildiriblər ki, ETTELAAT-la əməkdaşlıq etmək barədə təklifi qəbul etməsə, ona qarşı ittiham irəli sürüləcək.

Fəalın yaxınlarının verdiyi məlumata görə, o. pasportunun alınması və ölkədən çıxışına qadağa qoyulması barədə qərarla iyulun 20-də hava limanında tanış olub.

Qərar rejimin Təbrizdəki Ümumi və İnqilab Məhkəməsinin Qərarların İcrası İdarəsinin 9-cu bölməsi tərəfindən verilib.

Aygün Rəştbərinin rejimin ETTELAAT İdarəsi tərəfindən dindirilməsi onun xaricdə yaşayan həyat yoldaşı azərbaycanlı fəalHaray Fəthipurun mədəni fəaliyyəti ilə bağlı olduğu buldirilir.

Həmçinin yoxlayın

Tramp: “İranın nüvə problemini 100% həll edəcəyik”

GADTB: ABŞ prezidenti Donald Tramp dünən “Fox News” telekanalına müsahibəsində deyib ki, İranın nüvə problemi …

Güney Azərbaycanın Zəncan bölgəsində ev növbəsi gözləyən əhali etiraz aksiyası keçirdi- Video

GADTB: Güney Azərbaycanın Zəncan bölgəsində ev növbəsi gözləyən əhali etiraz aksiyası keçirib. Etiraz Zəncan əyalətinin …