Çərşənbə , Oktyabr 21 2026
azfa

İranın ETTELAAT İdarəsi azərbaycanlı fəal Rəhim Qulamini bir neçə saatlığa yaxalayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Ərdəbildəki ETTELAAT İdarəsi azərbaycanlı fəal Rəhim Qulamini bir neçə saatlığa yaxalayıb dindirib.

Martın 16-da rejimin Ərdəbildəki ETTELAAT İdarəsi azərbaycanlı milli-mədəni fəal Rəhim Qulami ilə telefon əlaqəsi saxlayaraq,

Mədəni fəal bu çağırışı qanunsuz hesab etdiyi üçüm ETTELAAT İdarəsinə getməkdən imtina edib.

Telefon danışığından bir neçə dəqiqə sonra ETTELAAT İdarəsinin məmurları qanunsuz şəkildə və heç bir məhkəmə qərarı təqdim etmədən Rəhim Qulamini yaxalayaraq idarəyə aparıblar. Bir neçə saatlıq dindiriləndən sonra azərbaycanlı fəalı sərbəst buraxılıb.

Fəalın yaxınlarının verdiyi məlumata görə, dindirmə zamanı Rəhim Qulami psixi təzyiqlərə məruz qalaraq, hədələnib.

Qeyd edək ki, azərbaycanlı şair və yazıçı Rəhim Qulami dəfələrlə İran rejimi tərəfindən yaxalanaraq, təzyiqlərə məruz qalıb və uzun müddətli həbs edilib. Onun Azərbaycan ədəbiyyatı və folkloru ilə bağlı bir neçə əsəri “Yaylıq” nəşriyyatı tərəfindən çap edilib. Onlardan “Folklorumuzdan bir yarpaq”, “Atalar sözü” və “Folklor nağılları”nı nümunə göstərmək olar.

Həmçinin yoxlayın

Tramp: İran üzərində qələbəyə necə nail olacağımız barədə yalnız yekun qərarı vermək qalır

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 20-si, çərşənbə axşamı İranla müharibənin “çox tezliklə” başa çatacağına …

“TankerTrackers”: İrandan Çinə xam neft idxalı sürətlə azalır; neft saxta sənədlərlə Malayziya, İndoneziya, İraq və Oman nefti kimi rəsmiləşdirilir

GADTB: Neft tankerlərinin hərəkətini izləyən “TankerTrackers” şirkəti neft və enerji bazarı üzrə ixtisaslaşmış əmtəə bazarı …