Bazar ertəsi , İyul 22 2024
azfa

İranın ETTELAAT qüvvələri Zənganın Əbhər şəhərində azərbaycanlı gənci yaxalayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Zəngan bölgəsinin Əbhər şəhərində Əmir Hüseyn Abidini İranın təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb.

İran İnsan Haqları Təşkilatının verdiyi məlumata görə, ETTELAAT qüvvələri həmin şəxsi 18 iyul axşam saatlarında yaxalayıblar. Əmir Hüseyn Abidini naməlum yerə aparılıb və onun barəsində məlumat almaq mümkün olmayıb.

Əmir Hüseyn Abidinin taleyindən narahat olan ailə üzvləri bu barədə İranın Təhlükəsilik orqanlarına, məhkəmə və başqa səlahiyyətli təşkilatlara müraciət ediblər.

Lakin ailə üzvlərinə fəalın harada saxlanması və nədə ittiham edilməsi barədə məlumat verilməyib.

Qeyd edək ki, Əmir Hüseyn Abidinin 33 yaşı var, ailəlidir və 3 övladı var.

Həmçinin yoxlayın

Avropa Birliyi ölkələri Türkiyədən PUA alır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin PUA sənayesi …

Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmamalıdır

GADTB: Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, Ermənistanın konstitusiyası dəyişməlidir, çünki orada Azərbaycana qarşı birbaşa …