GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Fars Dili Akademiyasının sədri, irqçi fars Qulaməli Həddad Adil İranda yaşayan bütün xalqları “fars dilinin qeyrətini çəkməyə” çağırıb.
“Fars dilinin təəssübünü saxlamaq vacibdir. Mən təəssüb sözünün yerinə “qeyrət” sözünü işlətməyi üstün tuturam”, – deyə, Həddad Adil bildirib.
O, sonda qeyd edib: “İranda fars dili ilə “bölgə” dillərinin arasında rəqabət olduğunu iddia etmək yanlışdır. Yerli dillərdə azad şəkildə danışa bilərlər. Ancaq fars dili İranda yaşayan bütün xalqların milli dilidir”.
Qeyd edək ki, mayın 24-də İranda yenidən fars dilinin qorunması və işləkliyi ilə bağlı yeni sərəncam verilib.
Sərəncamda ümumi məkanlar, mağazalar, iaşə obyektləri, küçə adları və lövhələrin fars dilində olması və onun düzgün istifadəsinə nəzarətin gücləndirilməsi zəruri sayılıb.