İranın həbs etdiyi azərbaycanlı siyasi məhbus Zeynəb Həmrəngin həyatı təhlükədədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin Tehranda həbs etdiyi azərbaycanlı siyasi məhbus Zeynəb Həmrəngin həyatı təhlükədədir.

Tehranın Evin zindanında həbsdə saxlanılan azərbaycanlı müəllim, sinfi fəal Zeynəb Həmrəng Seyidbəyli koronovirusa yoluxub.

Azərbaycanlı siyasi məhbusun iyulun 12-də verdiyi COVİD-19 testinin nəticəsinin pozitiv çıxmasından sonra o zindanın karantin bölməsinə köçürülüb.

Sinfi fəalın ailəsi onun sağlıq durumundan nigəranlıqlarını bildiriblər.

Azərbaycanlı siyasi məhbus Zeynəb Həmrəng Seyidbəylinin oğlu Ehsan Seyfi “Radio Zəmanə”yə verdiyi açıqlamada anasının müxtəlif xəstəliklərdən, o cümlədən böyrək çatışmazlığı, göz infeksiyası və yüksək qan təzyiqindən əziyyət çəkdiyini bildirib.

Ehsan Seyfi deyib: “Anamın gözündə əməliyyat olunub. Ancaq problem həll olunmadığı və kəskinləşdiyi üçün yenidən müayinə olunmasına müraciətdən bir ay sonra razılıq verilib. O, həmçinin yüksək qan təzyiqindən əziyyət çəkdiyi üçün davamlı dərman qəbul edir. Psixi və mənəvi təzyiqlər onun sağlamlığına iki qat zərbə vurur. İndiki durumunda onun zindanın ağır şərayitinə dözməsi mümkün deyil”.

Həmçinin yoxlayın

Avropa Birliyi ölkələri Türkiyədən PUA alır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin PUA sənayesi …

Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmamalıdır

GADTB: Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, Ermənistanın konstitusiyası dəyişməlidir, çünki orada Azərbaycana qarşı birbaşa …