Cümə axşamı , Mart 28 2024
azfa

İranın həbs etdiyi azərbaycanlı fəalın qızı rejimin məmurlarının vəhşiliyindən danışdı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin bu yaxınlarda həbs etdiyi azərbaycanlı müəllim və fəal Şükrüllah Qəhrəmaninin qızı atasının ETTELAAT məmurları tərəfindən vəhşicəsinə həbs edilməsindən danışıb.

İranda Azərbaycanlıların İnsan Haqları Təşkilatına müsahibədə fəalın qızı Mavi Qəhrəmani İran məmurlarının davranışının insan ləyaqətindən uzaq olduğuna toxunaraq deyib ki, İranın məmurları qanunsuzcasına onların evinə girib, heç bir icazə almadan, məhkəmə qərarı təqdim etmədən 8 məmur evə daxil olub, qapı-pəncərələri bağlayıb və telefonlarımızı əlimizdən aldılar, icazəsi evi dağıdaraq axtardılar. Atamın əşyalarından başqa bizim də özəl əşyalarımızı götürdülər. dünyanın harasında olursa olsun gəlib evdə kiminsə şəxsi telefonunu götürmək süç hesab edilir. Əllərində məhkəmə qərarı olsa belə hər hansıə fəalın ailəsi ilə belə təhdiod dili ilə danışmağa kimsənin haqqı yoxdur… Zorla atamı maşına mindirib aparanda biz müqavimət etmək istədik nalayiq sözlərlə bizi hədələdilər.

O bildirib ki, atasının harada saxlanılması və nə vəziyyətdə olması ilə bağlı isə onlara düzgün məlumat verməyiblər. Mavi Qəhrəmani həmçinin deyib: “O, yalnız öz millətinin dərdlərindən danışan və özünün kimliyini qoruyan bir vətəndaşdır. Hər bir vicdanlı insanın borcu ədalətsizlik qarşısında susmamaqdır. O, korrupsioner, qatil, qaçaqmalçı deyil və silah saxlamır. Onu hansı günahına görə həbs ediblər?”

Mavi Qəhrəmani həmçinin deyib:”Yalnız mənim atama qarşı yox, istənilən şəxsə qarşı belə davranış qəbul edilməzdir və biz bu hörmətsizliyi qəbul etmirik. Bu neçə gün ərzində bizimlə həmrəylik göstərənlərə, səsimizi yayan kanallara təşəkkürümüzü bildiri, atam barədə xoş xəbərlər alacağımıza ümid edirik”.

Qeyd edək ki, irqçi fars rejimin məmurları Güney Azərbaycanın Xudafərin şəhərindən olan azərbaycanlı milli fəal Şükrüllah Qəhrəmanifərdi avqustun 1-i səhər saatlarında həbs etmişdir.

İranın ETTELAAT İdarəsinin 8 məmuru  Şükrüllahın evinə hücum edərək onun evində axtarış aparmışlar.

Məmurlar azərbaycanlı fəalın mobil telefonunu, kompüteri və kitabları, eləcə də başqa şəxsi əşyalarını müsadirə edərək özləri ilə aparmışlar.

Şükrüllah Qəhrəmanifərd bundan öncə də dinc mədəni fəaliyyətlərinə görə bir neçə dəfə həbs və təzyiqlərlə qarşılaşıb.

Həmçinin yoxlayın

Urmiya bələdiyyəsi voleybol üzrə Premyer Liqanın final mərhələsinə yüksəlmək ərəfəsindədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə,Urmiya Bələdiyyəsinin voleybol komandası bu axşam Premyer Voleybol Liqasının …

Molla rejimin Urmiya gölününü qurutması nəticəsində Urmiya şəhərini duz fırtınası bürüyüb

GADTB: Molla rejimin Urmiya gölününü qurutması nəticəsində Urmiya şəhərini duz fırtınası bürüyüb. Güclü külək Urmiya …