Cümə axşamı , Mart 28 2024
azfa

İranın himayəsi ilə kürdlər Azərbaycan ərazilərini bölüb mənimsəməyə çalışırlar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi və kürd terrorizminin birgə əməkdaşlığı ilə Azərbaycan ərazilərini ayırıb kürdləşdirmə prosesi sürətlə davam edir.

Kürdləşdirilərək adı Mahabad edilən Savuqbulaqdan olan İran məclisindəki kürd deputat Calal Mahmudzadə İranın himayəsi ilə Qoşaçay mahalının 30 kəndinin Savuqbulağın tabeliyinə verilməsini istəyib.

Kürd terrorizminin planlarının icrası istiqamətində Mahmudzadə 30 kəndin Savuqbulağa verilməsi məsələsini gündəmdə saxlayacağını və bununla bağlı İran daxili işlər nazirinə müraciət etdiyini bildirib.

Calal Mahmudzadə 2019-cü ildə isə Qərbi Azərbaycan əyalətinin güney bölgəsində kürd əyalətinin yaradılması ilə bağlı məsələ qaldırmışdı. Mühacir və faşist kürd bununla yanaşı dəfələrlə əyalətin türk mənşəli yer adlarının dəyişdirilərək kürd və ya fars adları ilə dəyişdirilməsini də təklif etmişdi.

2021-ci ildə Qoşaçayın İran məclisindəki deputatı və terrorçu Sepah-ın komandirlərindən olan Mehdi İsazadənin təklifi və səyləri nəticəsində Qoşaçay 3 yerə bölünərək kiçik bölgələrə ayrıldı. Bu fitnəkarlığın gələcəkdə yaradılması planlaşdırılan yeni kürd əyalətinə birləşdirilməsi üçün həyata keçirildiyi söylənilirdi.

Qeyd edək ki. İran rejimi kürd terrorzimini dəstəkləmək və Azərbaycanın qərb bölgəsini süni şəkildə kürdləşdirməklə bufer zona yaratmaqla Türkiyə ilə Azərbaycan türklərini bir-birindən ayırmağa çalışır.

Həmçinin yoxlayın

Urmiya bələdiyyəsi voleybol üzrə Premyer Liqanın final mərhələsinə yüksəlmək ərəfəsindədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə,Urmiya Bələdiyyəsinin voleybol komandası bu axşam Premyer Voleybol Liqasının …

Molla rejimin Urmiya gölününü qurutması nəticəsində Urmiya şəhərini duz fırtınası bürüyüb

GADTB: Molla rejimin Urmiya gölününü qurutması nəticəsində Urmiya şəhərini duz fırtınası bürüyüb. Güclü külək Urmiya …