Çərşənbə , Noyabr 11 2026
azfa

İranın İsrail F-35-lərini vurulması barədə xəbərlərin yalan olması

GADTB: İran parlamentinin üzvü Məhəmməd Baqiri dövlət televiziyasının İsraillə son hərbi gərginlik fonunda yaydığı bəzi məlumatların əsassız olduğunu açıqlayıb.

Baqiri bildirib ki, 12 günlük İran-İsrail müharibəsi ilə bağlı ictimaiyyətə təqdim olunan bir sıra iddialar həqiqətə uyğun olmayıb:

“İsrailə məxsus PUA istehsalı mərkəzlərinin aşkarlanması, casusların həbsi və F-35 təyyarələrinin vurulması barədə yayılan xəbərlər yalan idi. Dövlət televiziyası belə şayiələr yaymamalıdır”.

Onun sözlərinə görə, ölkədə yüzlərlə casusun həbs edilməsi ilə bağlı xəbərlər də şişirdilib: “Deyilənə görə, 600–1000 nəfər həbs olunub, halbuki bu doğru deyil. Ölkədə bu qədər casusluq olmayıb”.

Millət vəkili məsələnin arxasında “şübhəli əllərin” ola biləcəyini deyərək, mövzunun araşdırılmasına çağırıb.

O habelə SEPAH-a yaxın media qurumlarının bu cür yalan məlumatların yayılmasında daha fəal olduğunu vurğulayıb.

Həmçinin yoxlayın

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …

İsrail Xarici İşlər Nazirliyi: İran İslam Respublikası rejiminin təhlükəsi Yaxın Şərqdən çox-çox uzaqlara yayılır

GADTB: İsrail Xarici İşlər Nazirliyi noyabrın 10-da, çərşənbə axşamı günü sosial şəbəkə “X”-də yaydığı bəyanatda …