Cümə , Aprel 19 2024
azfa

İranın Mis Şirkəti azərbaycanlı fəal Behnam Zareinin zaminə buraxılmasına mane olur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın Mis Şirkəti azərbaycanlı fəal Behnam Zareinin zaminə buraxılmasına mane olub. Azərbaycanlı milli fəalın yaxınları bildiriblər ki, fəal barədə məhkəmə qərarı qüvvədə saxlanılıb.

Məlumata görə, Şərqi Azərbaycanın Vərziğan şəhərindəki rejimin İnqilab Prokurorluğu fəal barəsində həbs qərarını qüvvədə saxlayıb.

Behnam Zareinin yaxalanmasından bir ay keçməsi və barəsində araşdırmaların başa çatmasına baxmayaraq Əhər zindanında saxlanılan mətbuat işçisi və fəalının girov qarşılığında zaminə buraxılmasına icazə verilməyib.

Bununla yanaşı Behnam Zareinin ailə üzvləri ilə görüşü və telefon danışığına qoyulan qadağa da götürülməyib.

Artıq uzun mübahisələrdən sonra Şərqi Azərbaycan İnsan Haqları Mərkəzinin üzvü, vəkil Əsgər Məhəmmədinin Behnam Zareinin vəkilliyini üzərinə götürməsinə razılıq verilib

Qeyd edək ki, Güney Azərbaycan Vərziğan bölgəsindən olan və Təbriz Universitetində nəşr olunan “Ərk” nəşrinin baş redaktoru olmuş azərbaycanlı milli-mədəni fəal Behnam Zarei iyulun 9-da Vərziğanın Köhnəli kəndində yerləşən şəxsi evində həbs olunmuşdu.

Azərbaycanlı milli fəalın mobil telefon, kompüter və başqa şəxsi əşyalarının da rejimin məmurları tətəfindən müsadirə edilmişdir.

Azərbaycanlı fəalın ata və anasının övladları barədə xəbər tutmaq üçün məhkəməyə müraciətləri zamanı rejimin məmurları onlara qarşı kobudluq edib və onlar zorla məhkəmə binasından çıxarmışdılar.

Həmçinin yoxlayın

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Molla rejimi daha iki azərbaycanlı fəalı prokurorluğa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarından …