Cümə axşamı , Dekabr 2 2021
azfa

İranın müstəmləkə siyasəti: İran Azərbaycan əyalətlərinə fars əyalətlərindən qat-qat az büdcə ayırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi Güney Azərbaycana qarşı ayrıseçkilik və müstəmləkə siyasətini kəskinləşdirib. Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Zəngan, Həmədandan Qəzvinə qədər bütün Azərbaycan əyalətlərinə ayrılan dövlət büdcəsi toplasaq belə, yenə də Tehranın büdcədən az olur.

İranda Azərbaycan vilayətlərinə ayrılmış bütün büdcə hətta İsfahan, Xorasan-e Rəzəvi və Fars vilayətləri qədər deyil. Bu isə rejiminin ayrıseçkilik və ədalətsiz yanaşmasından başqa bir şey deyil! İran rejimi beləliklə açıq şəkildə Güney Azərbaycanda müstəmləkə siyasətinə davam edir.

Bundan da görünür ki, Azərbaycan İrana, İranın məsul şəxslərinə və fars sakinlərinə yalnız onun sərvətlərini talamaq məqsədilə əzizdir. Dövlət büdcəsinin bölgüsü zamanı isə Azərbaycana qarşı ayrıseçkilik və müstəmləkə siyasətini müşahidə etmək olur.

Həmçinin yoxlayın

Azərbaycanlı siyasi məhbus Abbas Lisaniyə azadlıq tələbilə dəstək aksiyası-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərində oktyabrın 1-də bir qrup …

Azərbaycanlı fəalı Əkbər Mohacerinin həbsi üçün İran məhkəməsinin əməkdaşları onun evinə hücum ediblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin Şərqi Azərbaycandakı prokurorluğu Azərbaycan Milli Hərəkatının …