Çərşənbə axşamı , Aprel 23 2024
azfa

İranın müstəmləkə siyasətinin nəticələrindən; Təbriz əhalisinin dörddə biri təhlükəli tikililərdə yaşayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Şərqi Azərbaycan əyalətinin Böhranları İdarəetmə Mərkəzinin başçısı Məhəmmədbaqir Hünərbər Təbrizdə zəlzələ falakəti ilə bağlı xəbərdarlıq edib

Hünərbər deyib ki, vilayətdə təbii fəlakətlərin baş vermə ehtimalının hər zaman yüksək olub. Təbriz əhalisinin dörddə birinin dayanıqsız tikililərdə və şəhərətraflı gecəqondularda yaşayır.  Ona görə də, təcili olaraq şəhərsalma ilə bağlı tədbirlərin görülməsi vacibdir.

“Zəlzələyə Qarşı Təhlükəsizlik və Təbii Fəlakətlərin Fəsadlarının Azaldılması Günü” ilə bağlı çıxış edən Hünərbər 2003-cü ildə Bəm şəhərində baş verən zəlzələdə 70 min nəfərin öldüyünü, evlərin 100%-nın dağıldığını xatırladıb.

Hünərbər deyib: “10 ildən çoxdur ki parlament Böhranın İdarə edilməsi qanununu təsdiq etmədiyi üçün bir çox qurumlar qeyri-müəyyən durumdadırlar. Bu səbəbdən bizim vəzifə və səlahiyyətlərimizdə naməlum olaraq qalmaqdadır”.

Böhran İdarəetmə Mərkəzinin başçısı bir neçə gün öncə Təbrizin Abbasi küçəsində 5 nəfərin ölümü, 15 nəfərin yaralanması ilə nəticələnən yaşayış binasının çökməsini xatırladaraq deyin: “Hadisə fövqəladə durumlarla bağlı əyalətin əlaqədar qurumlarında lazimi texnika və avadanlıqlar baxımından çatışmazlıqlar olduğunu göstərdi”.

Həmçinin yoxlayın

Molla rejimi Bosniyada müsəlmanların başlarına gələnlər soyqırımı saymır

GADTB: İranın Belqraddakı səfiri Rəşid Həsənpur telekanala müsahibəsində deyib: “Bosniyada müsəlmanların başlarına gələnlər cinayət əməli …

Tehranın Əmir Kəbir Universitetində məcburi hicab qaydalarına etiraz

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə,  Tehranın Əmir Kəbir Universitetinin tələbələri məcburi hicab qaydalarının …