Bazar ertəsi , Yanvar 17 2022
azfa

İranın nüvə proqramı ilə bağlı müzakirələrə başlamağa cəhd edilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran və nüvə anlaşmasında iştirak edən ölkələr Amerikanın anlaşmaya qayıtmasını müzakirə edəcəklər.

Avropa Komisyasının açıqlamasına görə, toplantıya Avropa Birliyinin Xarici İlişkilər Xidmətinin baş katibinin müavini Enrike Moran rəhbərlik edəcək.

Onlayn görüşdə Rusiya, Çin, İngiltərə, Alman və Fransadan nümayəndələrin də iştirak edəcəyi bildirilib. Toplantıda özəlliklə Amerikanın “Hərtərəfli Birgə Fəaliyyət Planı”na qayıtması müzakirə olunacaq.

Qeyd edək ki, Amerika keçmiş prezident Donald Trampın qərarı ilə 8 may 2018-ci ildə “Hərtərəfli Birgə Fəaliyyət Planı” anlaşmasından çıxıb. Bununla da İrana qarşı sanksiyalar gücləndirilib.

Həmçinin yoxlayın

İranın qərbində 50-dən çox şəhərdə davamlı partlayış səsləri; İsrailmi hücum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, yanvarın 15-i, şənbə günü axşam saatlarında İranın qərb …

Türkiyənin Mosuldakı hərbi bazası raket atəşinə tutuldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İraqın Mosul şəhərinin şimal-şərqindəki Zlikandakı türk hərbi bazası …