Cümə axşamı , Noyabr 12 2026
azfa

İranın nüvə obyektlərinə xüsusi qüvvələr göndərilə bilər

GADTB: ABŞ və İsrail müharibənin növbəti mərhələsində İranın zənginləşdirilmiş uran ehtiyatını ələ keçirmək üçün xüsusi təyinatlı qüvvələr göndərməyi nəzərdən keçirir.

Bu barədə məlumatı Axios nəşri məsələ ilə tanış olan dörd mənbəyə istinadən yayıb. Bildirilir ki, müzakirə olunan ssenari İranın nüvə silahı əldə etməsinin qarşısını almaq məqsədilə mümkün variantlardan biri kimi qiymətləndirilir.

Məlumata görə, plan həyata keçiriləcəyi halda xüsusi təyinatlı qüvvələr İranın nüvə obyektlərinə daxil olaraq ölkədə saxlanılan təxminən 450 kiloqram 60 faiz zənginləşdirilmiş uranı fiziki şəkildə ələ keçirməli və çıxarmalıdırlar.

Hesabatda qeyd olunur ki, İranın bəzi nüvə obyektləri yeraltı və ciddi şəkildə mühafizə olunan komplekslərdə yerləşir. Bu isə belə bir əməliyyatın həyata keçirilməsini çox mürəkkəb və yüksək riskli edir. / Azad İran

Həmçinin yoxlayın

Traxtur klubunun İdarə Heyətinin sözçüsü klubun və azarkeşlərin hüquqlarını müdafiə etdiyinə görə 2 milyard tümən cərimələnib!

GADTB: Azərbaycanın Traxtur klubunun İdarə Heyətinin sözçüsü Məhəmməd Həsənnejad klubun və Traxtur azarkeşlərinin hüquqlarını müdafiə …

Akkuyu AES-in ilk enerji blokunun fiziki işə salınmasına az qalıb

GADTB: “Rosatom”un rəhbəri Aleksey Lixaçov jurnalistlərə açıqlamasında bildirib ki, “Rosatom” dövlət korporasiyası Türkiyədə inşa edilən …