Cümə , Sentyabr 13 2024
azfa

İranın Polis Komandanlığı gənc azərbaycanlı qızın polis qüvvələri tərəfindən vurulduğunu etiraf etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Mazandaran əyalətinin Polis Komandalığı Nur şəhərində polisin açdığı atəş nəticəsində gənc qız Arzu Bədrinin maşında hərəkət edərkən vurularaq yaralandığını və hələ də tam müalicə olunmadığını təsdiqləyib.

Məlumata görə, təxminən 10 gündən sonra həkimlər Arzu Bədrinin kürəyindən gülləni çıxara biliblər, ancaq onun ciyərləri və onurğa beyni ciddi zədələnib.

Bildirilib ki, son iki həftədə polis qüvvələri gənc qadının başqası tərəfindən vurulduğunu, daha sonra isə təqsirkarın qaçdığını iddia edirdilər.

Qeyd edək ki, Azərbaycanın Germi şəhərindən olan Arzu Bədri iyulun 23-də məcburi hicab qaydalarına riayət etməməsi bəhanəsi ilə avtomobilində olarkən polis qüvvələri tərəfindən güllələnib.

Həmçinin yoxlayın

Türkiyə “Oruç Rəis”i Somaliyə göndərir

GADTB: Bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar açıqlayıb Türkiyənin “Oruç Rəis” araşdırma …

Suriya mediası: İsrail ölkənin dərinliklərinə qoşun yeritdi və iran silahlıları əsir götürdü

GADTB: Sentyabrın 9-na keçən gecə İsrail qırıcıları Suriyanın mərkəzindəki Həma əyalətinin Məsyaf bölgəsinə enərək quru …