Cümə axşamı , Dekabr 5 2024
azfa

İranın PUA istehsalında qərb şirkətlərinin istehsal etdiyi hissələrin olması qalmaqala səbəb olub

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, İranın Rusiyaya Ukraynada istifadə etmək üçün verdiyi “Şahed” PUA-larında İrlandiyada istehsal olunan detallar üzə çıxıb. Bu barədə Qərb mətbuatı yazıb.

Bu isə Qərbdə və xüsusən də Ukraynada geniş etiraza səbəb olub. Bu fonda yaşanan qalmaqal böyüyür. İran istehsalı “Şahed” PUA-larında İrlandiyada istehsal olunan hissələr aşkarlanması Dublin hökumətini hərəkətə keçməyə məcbur edib.

“İrish Times” qəzeti, Rusiyanın Ukraynaya qarşı müharibədə istifadə etdiyi dronlarda İrlandiya istehsalı olan hissələrin olması iddiasını dərc etdikdən sonra, İrlandiyanın Ticarət və Əmək Nazirliyi bununla bağlı araşdırma apardığını açıqlayıb.

Bu barədə İrlandiyanın baş naziri Leo Varadkar da açıqlama verib:

“Həmin dronların vurulmasından xəbərimiz var. Biz buna uyğun olaraq araşdırma aparırıq. Biz heç bir İrlandiya şirkətinin sanksiyaları poza biləcəyinə inanmırıq. Ola bilsin ki, hansısa üçüncü tərəf sanksiyaları pozub. Biz buna çox ciddi yanaşırıq”.

Bizim.Media-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirir ki, baş verən hadisəyə görə İranla yanaşı, İrlandiya da çətin duruma düşəcək:

“İrlandiyanın İranla əlaqəsi ilk dəfədir ki, gündəmə gəlir. Bu hal baş veribsə, onu ancaq İran kəşfiyyatının əli ilə ediblər. Yəqin PUA-lar üçün həmin detalları ya İngiltərə üzərindən, ya da Dubay vasitəsilə satıblar.

Çünki İrlandiyanın birbaşa İranla əlaqəyə girməsi mümkünsüzdür.

Lakin bu hal baş veribsə, Qərbin təzyiqinə tuş gəlməmək üçün Dublin həmin addımdan əl çəkməli olacaq. Həmin işlə məşğul olan şirkəti də cəzalandıracaqlar. Buna baxmayaraq, İrlandiyaya sanksiya tətbiq ediləcəyi elə də real deyil. Amma buna getməsələr, Qərb hörmətdən düşəcək. Bu insidentə görə, İran da, İrlandiya da ilişəcək”.

Həmçinin yoxlayın

Türkiyə Milli Müdafiə Nazirliyi Suriya hadisələri ilə bağlı açıqlama yaydı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk Suriya …

Güney Azərbaycanın Qəzvin bölgəsindədə aldadılan əhali etiraz aksiyası keçiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Qəzvin bölgəsindədə aldadılan əhali etiraz aksiyası …