Şənbə , Aprel 13 2024
azfa

İranın Qafandakı baş konsulu: “Sünik əhalisi bu gün özünü daha rahat hiss edir”

GADTB: İranda yaşayan ermənilərin “HUR” Tərcumə və Araşdırma Mərkəzi xəbər verir ki, İranın Ermənistandakı baş konsulu Murtaza Abedin Ermənistanın “NEWS.am” xəbər agentliyinə müsahibə verib.

O, iddia edib ki, Sünik əyalətinin Qafan şəhərində İranın baş konsulluğu açıldıqdan sonra buranın sakinləri özlərini daha təhlükəsiz hiss edirlər: “Qafanda konsulluğun açıldığı günü yaxşı xatırlayıram. O dövrlə müqayisədə insanların hisslərinin 180 dərəcə dəyişdiyini söyləmək olar. İnsanlar indi daha rahatdır və biz bunu hiss edirik”.

Qafandakı İran baş konsulluğunun bir ildən artıq fəaliyyətini “səmərəli” adlandıran İran diplomatı bildirib: “İki ölkə vətəndaşları arasında ünsiyyətin genişləndirilməsi və qarşılıqlı səfərlərin artırılması İran konsulluğunun prioritetləri sırasındadır. Qafan kiçik dağ şəhəridir və əvvəllər sərhəddən İranla məhdud əlaqələrə malik idi. Ancaq son vaxtlar tam aktivləşib”.

Baş konsulun sözlərinə görə, bu il qafanlılar ilk dəfə avtobusla İrana gedib, orada Culfanın görməli yerləri ilə tanış olublar, o cümlədən Müqəddəs Stepanos xristian monastırını ziyarət ediblər. İrandan Ermənistana səhayət edən turistlər Qafanda dayanmır, birbaşa İrəvana yollanırlar. Biz çalışmalıyıq ki, iranlıların Qafan şəhərinə marağını artıraq, burada infrastruktur layihələri əlaqələrin aktivləşdirilməsində önəmli rol oynaya bilər./Azad İran

Həmçinin yoxlayın

İran İsraildən intiqam əvəzinə bir yəhudi milyarderin gəmisini ələ keçirdi

GADTB: İran Hörmüz boğazında Portuqaliya bayrağı altında üzən gəmini ələ keçirməkdə ittiham olunur. Bu barədə …

Şorabil gölündə çirklənmə nəticəsində balıqlar məhv olur

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, baxımsızlıq nəticəsində Ərdəbilin Şorabil gölünün çirklənmə və ekoloji …