Cümə axşamı , Oktyabr 29 2026
azfa

İranın qanunsuz şəkildə Ermənistan yolu ilə Azərbaycanın Qarabağ bölgəsinə göndərdiyi yardımlar davam edir – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün İrandan yenə qanunsuz şəkildə içərisində şübhəli yüklərin olduğu çox sayda yük maşınının Ermənistan üzərindən Laçın dəhlizi vasitəsilə Qarabağa göndərilməsi ilə bağlı yeni video yayılıb.

Bu barədə “Azad İran” teleqram kanalı da məlumat yayıb.

Videogörüntülərdə Laçın dəhlizi boyunca Xankəndiyə gedən böyük tutumlu yük maşınlarını görmək olar.

Xatırladaq ki, bir neçə gün əvvəl “Azad İran” teleqram kanalında İrandan qanunsuz olaraq Qarabağ ərazisinə yük maşınlarının hərəkət etməsi ilə bağlı video yayılmışdı.

Həmçinin yoxlayın

Qərb kəşfiyyatı İrandan gələn terror təhlükəsindən narahatdır

GADTB: Fransanın “Le Monde” qəzeti və Britaniyanın MI5 kəşfiyyat xidmətinin məlumatına görə, İranın Avropadakı casusluq, …

Türkiyədə Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

GADTB: Ankarada 29-30 oktyabr 2026-cı il tarixlərində keçiriləcək 13-cü Türk Dövlətləri Təşkilatı (TDT) Zirvə Görüşü …