Çərşənbə , Oktyabr 21 2026
azfa

 İranın rejiminin məmurları Təbrizdə azərbaycanlı şair və mədəni fəalı həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin məmurları dünən axşam mayın 19-da təbrizli şair və milli-mədəni fəal Əkbər Cahani həbs edib.

Rejimin məmurları dünən fəalın şəxsi evinə hücum edərək, onu yaxalayaraq özləri ilə naməlum istiqamətə aparıblar.

Rejimin məmurlarının evdə axtarış aparıb, fəala məxsus şəxsi əşyaları, o cümlədən onun komputer və mobil telefonunun götürüblər.

Qeyd edək ki, azərbaycanlı fəal Traxtur komandasının tərəfdarlarındandır. Həmin gün isə Əkbər Cahani ilə yanaşı Əyyub və Davud Şiri qardaşlarının da yaxalandığı bildirilir.

Həmçinin yoxlayın

İsrailin müdafiə nazirindən İrana sərt xəbərdarlıq: “İsrailə hücum etsəniz, İran alovlar içində yanacaq”

GADTB: İsrailin müdafiə naziri İsrael Kats oktyabrın 21-də, çərşənbə günü, İran İslam Respublikası və onun …

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …