Bazar , Oktyabr 18 2026
azfa

İranın sərnişin təyyarəsini vurması üçün məhkəməyə verilməsi razılıqla qarşılandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, İranın Ukrayana sərnişin təyyarəsini vurduğu üçün məhkəməyə verilməsi razılıqla qarşılandı. Həmin sərnişin təyyarəsinin PS752 Reysi Qurbanlarının Ailələri Assosiyasiyası İranın Haaqa Məhkəməsinə verilməsini alqışlayıblar.

Ailələr bunun olayla bağlı həqiqətlərin aşkarlanması üçün önəmli bir hərəkət olduğunu qeyd edib.

Onlar  həmçinin Federal Polisdə bu barədə işin açılmasını və SEPAH-ın terrorçu qruplar siyahısına salınmasnı tələb ediblər.

Ukrayna təyyarəsi qurbanları ailələrinin yaydığı bəyanatda deyilir: “Ukrayna sərnişin təyyarəsinin Tehran səmasında vurulmasından 40 ay ötür. İran hökuməti 177 nəfəri öldürdü, cəsədlərinə sayğısız yanaşdılar, baqajlarını oğurladılar.

3 gün ərzində yalan danışdılar və nəhayət açılmış işə baxmağa səlahiyyəti çatmayan məhkəmə dövləti duruya çıxarmaq üçün adı və vəzifəsi müəyyən olmayan bir məmur sadəlövhlük və əmrdən yayınma ittihamı ilə 10 il azadlıqdan məhrum edildi.

Assosiyasiya müstəqil olaraq Beynəlxalq Cinayət Məhkəməsinə şikayət etsə də, 4 zərərçəkmiş ölkənin Beynəlxalq Ədalət Məhkəməsinə verdikləri şikayəti alqışlayır və onların yanında olduğunu bildirir”.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …