İranın Sepah-nın terror qrupları və narkotik qaçaqmalçıları ilə əlaqəsi barədə raport yayıldı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “İran İnternational” kanalı mötəbər faktlarla İranın Sepah təşkilatının kürd terrorçuları ilə narkotik qaçaqmalçılığı, çirkli pulların yuyulması, silah və s. qaçaqmalçılığı, eləcə də Güney Azərbaycanın qərb bölgəsini kürdləşdirmə istiqamətində əməkdaşlığı haqda raport yayıb.

Həmin raportda bir müddət öncə İsrailin kəşfiyyat xidməti “Mossad”ın İranda terrorçu Sepah-ın əməkdaşı Mənsur Rəsuli Haşimabad adlı şəxsi İranda yaxalayaraq sorğu-suala tutmasına dair məlumat yayılıb.

İranın himayə etdiyi həmin şəxs Qərbi Azərbaycanın sərhəd bölgəsinin Haşımabad kəndində yaşayan Hərəki kürd tayfasındandır və kürd terror təşkilatına bağlıdır.  

Mənsur Rəsuli Haşimabad terrorçu Sepah üzvü olmaqla yanaşı həm də kürd terror  qruplaşmaları ilə də əlaqədə olub, eyni zamanda Sepah-ın narkotik və s. qaçaqmalçılığını da həyata keçirirmiş. Rəsuli ümumiyyətlə Sepah-ın dəstəyi ilə İrandan Avropaya göndərilən narkotik qaçaqmalçıları şəbəkəsinin əsas adamlarından biri olub.

Mənsur Rəsulinin əmisi Adil Rəsuli isə İranın terrorçu Sepah-nın bölgə komandirlərindən olub və 90-cı ilərdə silahlı dəstələrlə qarşıdurmada öldürülüb.

Mənsurun əmisi oğlu Gacı Səbbah Rəsuli da hazırda Urmiyada İran Sepah təşkilatının Zeviyyə briqadasının komandiridir.

İsrail qəzetləri bir səs yazısı yayaraq İsrailin kəşfiyyat orqanı “Mossad” zabitlərinin 3 nəfərə sui-qəsddə əli olan Sepah-ın Qüds qanadının agenti Mənsur Rəsulini İran ərazisində həbs edərək dindirdiyini yazıblar.

Həmin səs yazısında Mənsur Rəsuli deyir ki, İran hökuməti tərəfindən İsrailin Türkiyədəki səfirliyinin diplomatını, Almaniyada bir Amerika generalını və Fransada bir jurnalisti öldürməklə görəvləndirilib.

Qeyd edək ki, İran rejimi həmin terrorçu və qaçaqmalçılarla əməkdaşlıq etməklə həmçinin Güney Azərbaycanın qərb bölgəsinin kürdləşdirilməsində də böyük rol oynayır. Artıq terrorçu Sepah-ın dəstəklədiyi kürd terrorçular Urmiya və Qərbi Azərbaycanın başqa yerlərində silahlı gəzərək, istədiklərini edirlər. Smitqon, Zindəşti və digər kürd qruplaşmaları ilə İran rejimi Güney Azərbaycanın qərb bölgəsini yaxın gələcəkdə Suriyanın şimalına çevirməyi qarşıya məqsəd qoyub.

Həmçinin yoxlayın

Zərşuran kəndində əhali etiraza qalxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndində azərbaycanlı əhali martın …

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …