Cümə axşamı , Oktyabr 15 2026
azfa

İranın Sepah terror təşkilatı Zəngəzur dəhlizi məsələsində güzəştə getməyəcəklərini bildirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın Sepah terror təşkilatı Zəngəzur dəhlizi məsələsində güzəştə getməyəcəklərini bildirir.

Sepah terror təşkilatına məxsus media yazır ki, İran Zəngəzur dəhlizi məsələsində öz mövqeyində möhkəm dayanır və güzəştə getmək fikrində deyil.

Sepah-ın rus dilində yayımlanan “Telegram” kanalı yazıb ki, regional güc kimi İran onilliklər ərzində, o cümlədən Səddam Hüseyn rejiminə qarşı müharibədə qalib gələrək, möhkəmliyini sübut edib.

“İran açıq şəkildə göstərdi ki, heç bir xarici qüvvə istər siyasi, istərsə də hərbi təzyiq olsun, onun təsirini zəiflətməyə qadir deyil. İranın maraqlarından yan keçərək, regional tarazlığı pozmağa yönəlmiş istənilən cəhdlər güclü müqavimətlə qarşılanacaq və ölkə bütün siyasi və strateji məsələlərdə öz mövqeyini müdafiə etməyə davam edəcək”, – deyə, Sepah mediası iddia irəli sürüb.

Həmçinin yoxlayın

Urmiya gölü ilə bağlı “Gölün uşaqları” filmi İstanbulda nümayiş olunacaq

GADTB Azərbaycanlı rejissor Məhəmməd Əlimuradinin “Gölün uşaqları” filmi İstanbulda keçiriləcək 20-ci Memarlıq Filmləri Festivalında nümayiş …

ABŞ ordusu İrana qarşı “Bütün bombaların anası”ndan istifadəni nəzərdən keçirir

GADTB: CNN telekanalı ABŞ rəsmilərinə istinadən xəbər verir ki, ABŞ ordusu İrana qarşı gələcək mümkün …