Çərşənbə , May 8 2024
azfa

İranın Suriya üzərindən İordaniya və Səudiyyə Ərəbistanına uyuşdurucu maddələri daşıdığı xəritə yayılıb

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, İran narkotik və uyuşdurucu maddələri öncə təyyarə ilə İsfahandan Bağdada, oradan Kərbəlaya, daha sonra Deyr əz-Zur və Dəməşq, oradan isə ambulans və təcili yardım maşınları ilə İordaniya ilə sərhəddə yerləşən Yarmuk bölgəsinə çatdırır.

“ElmaNews”un hazırladığı bu hesabat Livan ilə Suriyanın cənubu arasında narkotik ticarətinin yerüstü dəhlizi (əsasən Captagon və onun müxtəlif variantlarına bənzər sintetik stimullaşdırıcı həblər) və İrandan xammalın tədarükü üçün hava-yer dəhlizi ilə bağlıdır. Bu rapor habelə Suriyanın cənubundan İordaniyaya, oradan İsrail, S. Ərəbistanı, BƏƏ (İmarat), Uzaq Şərq və oradan isə Afrika və Avropaya uyuşdurucu maddələrin daşındığı marşrut və yolları araşdırıb.

Hesabatda qeyd olunduğuna görə, bu nümunələr Suriyanın cənubunda İranın rəhbərlik etdiyi radikal şiə oxunun nəzarəti altında narkotik fəaliyyətinin miqyasını göstərir.

Raporda habelə bildirilir ki, Hizbullahın tanınmış şəxsləri və şiə ruhaniləri “narkotik maddə vəbası”nın əleyhinə danışırlar və mədəni cəmiyətin müdafiəsi üçün uyuşdurucu maddələrin qınanılmasının vacibliyini qeyd edirlər.

Misal üçün 2016-ci ildə Hizbullahın lideri Seyid Həsən Nəsrullah aşura mərasimində çıxış edərkən uyuşdurucu maddə vəbasının artmaqda olan təhlükəsi, onunla mübarizənin və cəmiyyət dəyərlərinin korlanmasının qarşısının alınmasının əhəmiyyətini vurğulayaraq xalqın əmniyət təhdidi qədər qəbul edilən uyuşdurucu maddə təhlükəsi ilə qarşı-qarşıya qaldığını deyib.

Bununla yanaşı, Hizbullahın baş katibi 2018-ci ildə deyib ki, “mən narkotik və uyuşdurucu maddə satanlardan tələb edirəm ki, yeniyetmələri öldürməkdən və onları məhv etməkdən əl çəkin”.

Xatırladaq ki, bütün bu narkotik qaçaqmalçılığı üzrə yol xəritəsi İran hökumətinin fəal rolu nəticəsində həyata keçirilib. Dildə özlərini “islam hökuməti” adlandıran İranın axund rejimi pərdə arxasında narkotik qaçaqmalçılığı ilə məşğul olur. Bunun başqa bir örnəyini də işğal dövründə Qarabağda gördük. İran rejimi Ermənistan rəhbərliyi ilə əlbir olaraq 30 ilə yaxın Qarabağ bölgəsindən Avropaya narkotik maddələrin daşınması ilə məşğul olub.

Həmçinin yoxlayın

Güney Azərbaycanda tarixi qala məhv edilir

GADTB: Güney Azərbaycanın Muğan bölgəsində yerləşən tarixi Ultan qalası ərazidə aparılan qanunsuz tikinti işləri səbəbindən …

Azərbaycanlı məhbusun həyatı təhlükədədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Kərəcin Qızıl Hisar zindanında həbsdə …