Bazar , Oktyabr 18 2026
azfa

İranın Təbrizdəki məhkəməsi Xaqan adına şəxsiyyət vəsiqəsi verilməməsinə qərar verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin Təbrizdəki 39-cu Hüquq Məhkəməsi irqçi qərarla İran rejiminin Azərbaycan türklərinə qarşı irqçiliyini qanuniləşdirməyə cəhd edib. Rejimin məhkəməsi bütün bütün beynəlxalq qanunlara zidd olaraq Xaqan adına şəxsiyyət vəsiqəsi verilməsini “islam və İran mədəniyyətinə, ölkə qanunlarına uyğun olmadığı”nı iddia edərək, İran rejiminin Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin bu ada şəxsiyyət vəsiqəsi verməməsini qanuniləşdirmək istəyib.

Bu barədə Təbrizdə yaşayan azərbaycanlı sənətçi və milli fəal Yunis Mahmudi sosial şəbəkədə məlumat paylaşıb.

Yunis Mahmudi yazıb: “Nə yazacağımı çox götür-qoy elədim, ancaq bir yerə çatmadım. Axi bir ad sizi niyə bu qədər sıxır? Mən bu qonuya savaş adı qoya bilmirəm, ancaq görünür ki. belə istənilir. Bilmirəm siz məni yorursuz, yoxsa özünüzü?”.

Xaqan adına şəxsiyyət vəsiqəsinin verilməməsi ilə bağlı qərarı İran rejiminin Təbrizdəki Hüquq Məhkəməsinin 39-cu bölməsinin hakimi Davud Babyi verib.

Qeyd edək ki, İran rejimi Azərbaycan Türk Millətini bir millət kimi assimilyasiyaya uğradıb məhv etmək məqsədilə onlara öz övladlarına öz dillərində ad qoymağı qadağan edib.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …