Cümə axşamı , Avqust 18 2022
azfa

İranın terror təşkilatı Sepah-dan Azərbaycana qarşı daha bir təhdid

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, İranın terror təşkilatı Sepah Azərbaycanı yenidən hədələyib.

İyulun 4-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Tehrana səfəri zamanı İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahianla görüşü ilə bağlı SEPAH-ın Telegram kanalı həmişəki kimi öz dağıdıcı və təxribat xarakterli mövqeyini ortaya qoyub.

Belə ki, Azərbaycan və İran bayraqlarından foto paylaşan kanal buna qərəzli şərh verərək yazıb: “Sionist rejimin şimal sərhədlərimizdəki müttəfiqləri bilməlidirlər ki, biz tozları təmizləmək üçün süpürgədən istifadə edirik. Amma bəzən lazım gəldikdə “Fateh”i (İranın ballistik raketi) də işə salırıq…”.

Həmçinin yoxlayın

Ukrayna Rusiyanın 44300 hərbçisini məhv edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim …

İran rejiminin həbs etdiyi azərbaycanlı fəal Melika Qaragözlü qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin həbs etdiyi Əllamə Təbatəbayi Universitetinin …