GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın terrorçu Sepah-nın Qüds qanadı özünün Teleqram kanalında Azərbaycanın varlığına qarşı çıxıb.
İran rejiminin terrorçu qrupu öz Telegram kanalında Azərbaycan Respublikası “Saxta Bakı Respublikası” adlabdırıb və yazıb ki, “Saxta Bakı Respublikası” keçirdiyi son hərbi təlimdə İsrail istehsalı olan “Plasan Sandcat” zirehli texnikadan və “Spayk” anti-zireh raketlərindən istifadə edib”.
İrqçi fars rejimin rəsmi dairələri, o cümlədən terrorçu Sepah Azərbaycan Ordusunun dünyanın ən müasir silahları ilə təchiz olunmasından narahat olub və Azərbaycana qarşı düşmənçiliyklərini gizlədə bilmirlər.
Həmçinin Azərbaycan adı və onun varlığı İranın irqçi fars rejiminin gözünə tikan kimi batır.
Birləşmiş Millətlər Təşkilatına üzv olan və bütün ölkələrin də tanıdığı Azərbaycan Respublikasını İranın terrorçu qrupunun saxta adlabdırması İranın Azərbaycana qarşı necə qatı düşmən olduğunu nümayiş etdirməkdədir.