İranın Urmiyada həbs etdiyi azərbaycanlı siyasi məhbus Hamid Qaraoğlani hərbi bölməyə köçürülüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Güney Azərbaycanın Urmu şəhərindəki zindanında həbsdə saxladığı azərbaycanlı siyasi məhbus Hamid Qaraoğlani Fərzad Samani ilə birlikdə zindanın hərbi bölməsində təkadamlıq kameraya köçürülüblər.

İnsan haqları təşkilatlarına bağlı qaynaqların verdiyi məlumata görə, son günlər Hamid Qaraoğlani və Fərzad Samani zindan məsullarının basqıları ilə qarşılaşb, barələrində daha sərt cəza tədbirləri tətbiq edilib.

Azərbaycanlı məhbuslar bundan öncə yanvarın 10-da rejimin Urmiyadakı zindanında siyasi məhbuslar bölməsində bir neçə başqa məhbusla birgə rejimin məmurları tərəfindən döyüldükdən sonra başqa bölməyə köçürülmüşdülər.

Qeyd edək ki, Hamid Qaraoğlani 27 iyun 2020-cı il tarixində İran ETEELAAT İdarəsi tərəfindən yaxalanıb və 28 sentyabr 2020-cı ildə Urmiyada rejimin İnqilab Məhkəməsinin 2 saylı şöbəsi tərəfindən mühakimə olunub.

“”ABŞ-İsrail” düşmən ölkələrinə casusluqda”, “Xarici KİV-lərlə əlaqə”də, “rəhbərliyi təhqir etmək”də, Qasım Süleimaninin şəklini cırılmaq”da günahlandırılan Qarapğlani ilk mərhələdə edam cəzasına məhkum olunsa da, sonradan onun cəzası 14 il 1 ay həbs cəzası ilə dəyişdirilib.

Həmçinin yoxlayın

Molla rejimi quşaçaylı Yəqub Kərimipuru edam edib

GADTB: Hökumətə yaxın media orqanları Quşaçay (Miyandab) sakini, türk əsilli və Goran məzhəbinə mənsub Yəqub …

Nobitex-in İranın hakim dairələri ilə dərin əlaqələri üzə çıxdı

GADTB: Reuters agentliyi İranın ən böyük kriptovalyuta birjası olan Nobitex ilə İslam Respublikasının keçmiş xarici …