
GADTB: “Fox News”un yaydığı məlumata görə, peyk görüntülərinə görə Semnan əyalətində İranın əvvəllər açıqlanmayan nüvə silahı obyekti olduğu üzə çıxıb.
Məlumata görə, nüvə obyekti 10 ildən artıqdır ki, fəaliyyət göstərir. Bildirilib ki, nüvə obyekti “Diba Energy Siba” adlı kimya şirkətinin pərdəsi altında fəaliyyət göstərib.
Bu obyektin fəaliyyət məqsədinin nüvə silahlarını artırmaq üçün istifadə edilən radioaktiv izotop olan tritiumun əldə edilməsi olduğu deyilir.
“Uran zənginləşdirməsindən fərqli olaraq, tritiumun praktiki olaraq heç bir dinc və ya kommersiya məqsədli tətbiqi yoxdur, bu da İranın nüvə ambisiyalarının yalnız enerji və ya mülki məqsədlər üçün olduğuna dair uzun müddətdir davam edən iddialarına şübhə yaradır”, – deyə “Fox News” yazıb.