Şənbə , Dekabr 21 2024
azfa

İranın yeni prezidenti onu işləməyə imkan vermədiklərini deyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Məsud Pezeşkian hakimiyyət daxilində müəyyən bir qruplaşmanın onu ləkələməyə çalışdığını və işləməyə mane olduğunu dilə gətirib.

Pezeşkian deyib: “Ölkədə motivasiya yoxdur, bizə çalışmağa imkan vermir, oyuna buraxmırlar. Ləyaqətli və bacarıqlı şəxslərin, kadrların işə cəlb olunmasına icazə vermirlər, ona görə ki, bu kadrlar işə cəlb olunduqları halda sözügedən hakimiyyətdaxili qruplar kölgədə qalacaq, güc mərkəzlərini əllərində saxlaya bilməyəcəklər”.

Pezeşkianın sözlərinə görə, dəyişiklik üçün yeni plan hazırlanmalıdır. O, ölkədə insanların çətinlik içərisində yaşadıqlarını vurğulayıb: “Xalq bizim sözlərimizdən uzaqdır, söz vermişik amma yerinə yetirmirik və bizim riyakarlığımızdan qorxur, verdiyimiz yalan_vədlərə görə bizdən narazıdır”.

Pezeşkian HƏMAS liderinin ölkədə öldürülməsinə görə hökuməti tənqid edib. O, qeyd edib ki, hökumətin ayırdığı pulların hara getdiyi də bəlli deyil.

Həmçinin yoxlayın

Suriyada PKK/YPG terror təşkilatına qarşı hücuma hazırlıqlar gedir

GADTB: PKK/YPG terror təşkilatı həm mənəvi cəhətdən, həm də faktiki olaraq böhran içindədir. 25 min …

Azərbaycan Milli Hərəkatının fəalı Hüseyn Xürrəmi Dağdağan vəfat edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Milli Hərəkatının fəalı Hüseyn Xürrəmi Dağdağan cümə …