Şənbə , Dekabr 14 2024
azfa

İranın zəifləməsinin açarı Türkiyədir

GADTB:  “Türkiyə İranın zəiflədilməsi və Ukraynadakı müharibənin başa çatdırılması üçün açardır”.

Bunu ABŞ-ın BMT-dəki keçmiş səfiri, respublikaçıların əsas simalarından Nikki Heyli deyib.

Onun sözlərinə görə, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bunun üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla aktiv çalışmalıdır:

“Türkiyə İranın zəiflədilməsi və Ukraynada müharibənin bitməsi üçün açar ölkədir. Tramp gərək Ankara və Ərdoğanla işləsin”.

Qeyd edək ki, N.Heyli Respublikaçıların prezidentliyə namizədliyi praymerizində Trampın əsas rəqiblərindən idi. O, zamanla bir çox məsələlərdə erməniyönlü, antitürk mövqeyi ilə seçilib.

Həmçinin yoxlayın

Türkiyənin Suriyadakı səfirliyi açıldı

GADTB: Türkiyənin Suriyadakı səfirliyi 12 il 9 aya yaxın müddətdən sonra rəsmən fəaliyyətini bərpa edib. …

Azərbaycanlı reper və milli fəal Milad Cəlilinin cəza müddəti başa çatıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı reper və milli fəal Milad Cəlilinin 8 …