
GADTB: “Wall Street Journal” qəzeti ABŞ prezidenti Donald Trampı İranla mümkün danışıqlar və razılaşmalar barədə xəbərdar edib. Nəşr yazır ki, hazırkı şəraitdə Tehranla hər hansı diplomatik anlaşma “dağılmaqda olan rejimə çıxış yolu vermək” və ölkədə etiraz edən iranlılara xəyanət etmək anlamına gələ bilər.
Məqalədə bildirilir ki, son aylarda İranın nüvə obyektlərinə endirilən zərbələr və ölkədə genişlənən xalq etirazları fonunda rejim öz tarixinin ən zəif dövrünü yaşayır. Bu səbəbdən Vaşinqtonun danışıqlara elçi göndərmək əvəzinə, Rusiya–Çin–İran oxunun zəiflədilməsi və rejimin daha da təcrid olunması üçün fürsətdən istifadə etməli olduğu vurğulanır.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi