Cümə axşamı , Aprel 30 2026
azfa

İranlı deputatdan Azərbaycana qarşı əsassız iddialar: Təkfirçi ünsürlər orada yuva qurub

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, İran parlamentinin Zahidan vilayətindən seçilmiş millət vəkili Fədahüseyn Maliki İran rəsmilərinin Azərbaycana qarşı ənənəvi iddialarını yenidən səsləndirib və orada “təkfirçi” qüvvələrin yuva qurduqlarını iddia edib.

“Xarici İşlər Nazirliyi təkfirçilərin sığınacaq qurduqları Əfqanıstan, Pakistan, Türkiyə və Azərbaycan kimi qonşu ölkələrlə daim əlaqə saxlamalı, fəal diplomatiya yürüdərək onların fəaliyyətinin təhlükəli nəticələri barədə xəbərdarlıq etməli və həmin ölkələrin hökumətlərinə xatırlatmalıdır ki, sözügedən qruplaşmaların fəaliyyətinin nəticələri onlara da təsir edəcək”-deyə, Maliki bildirib.

O, adı çəkilən ölkələrin hökumətlərinin iddia etdiyi qrupların fəaliyyətindən xəbərdar olduqlarını deyib və Xarici İşlər Nazirliyini daha çevik addım atmağa, qonşu ölkələrə təzyiq göstərməyə və sərhədlərin qorunması üçün çağırışlar etməyə çağırıb.

Həmçinin yoxlayın

Molla rejimi nüvə və raket sənayesinin mühafizə olunacağını bildirib

GADTB: Molla rejimi Müctəba Xamenei adından bəyanat yayaraq, bildirib ki, İranın nüvə və raket sənayesi …

ABŞ İranın xaricdəki resurslarını bloklayacağını deyir

GADTB: ABŞ maliyyə naziri Skot Bessant “Fox News” telekanalına verdiyi müsahibədə bildirib ki, ABŞ prezidenti …