Çərşənbə axşamı , İyun 25 2024
azfa

İranlı general Azərbaycanı hədələdi: Ermənistanla sərhəddə istənilən dəyişiklik qəbuledilməzdir

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, terror təşkilatı olan Sepah-ın keçmiş generalı və rejimin Ərdəbildən sabiq millət vəkili Mənsur Həqiqətpur iddia edib: “İslam inqilabı sayəsində bu gün İran bölgəsəl super gücə çevrilib və siyasi, təhlükəsizlik, müdafiə və iqtisadi proseslər İran İslam Respublikasının fikri alınmadan gerçəkləşə bilməz. Yeni qütbləşmələrdə İran yeni qlobal nizamın müəyyənedici və formalaşdıran ölkəsi kimi mütləq Rusiya, Çin və Hindistanın yanında yer alır”.

Siyasi şərhçinin sözlərinə görə, İranın Qərbi Asiyanın məsələlərində əsas baxış bucağı var və bu gün Suriya, Yəmən və İraq, habelə Qafqaz bölgəsinin təhlükəsizliyi və İran-Ermənistan sərhədi kimi qədim əlaqə yollarının qorunub saxlanmasını kimi məsələlər aktualdır, hansı ki Xameneyi də buna toxunub.

“İki gün öncə Ayətullah Xameneyi Qafqaz və Suriya ilə bağlı əsas xətti və istiqaməti Türkiyə prezidentinin diqqətinə çatdırıb və deyilib ki, Suriya yeni müharibəni qəbul etməyəcək və bu baş verərsə, bundan ən çox itirən və zərərçəkən Ərdoğanın özü olacaq”,-deyə Həqiqətpur Türkiyəni təhdid edib.

Sitat: “İranın ali rəhbəri geosiyasi dəyişikliklər məsələsində İran və Ermənistan arasında əlaqə dəhlizinin qorunub saxlanmasının vacibliyini tam açıq şəkildə bildirib və bu sərhəddə heç bir dəyişikliyin məqbul olmadığını vurğulayıb”.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadə Əbülfəz Elçibəyin məzarını ziyarət etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Güney Azərbaycan …

Urmiya gölü hələ də təhlükəli vəziyyətdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Yağıntıların çox olmasına baxmayaraq Urmiya gölü hələ də …