İranlı nazirdən iddia: “Nizami Gəncəvinin bütün şeirləri fars dilindədir”

GADTB: İranın “Cinema Press” saytı xəbər verir ki, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qatılmaq üçün Azərbaycana səfər edən İranın mədəniyyət və islami irşad nazidi Məhəmməd Mehdi İsmaili bildirib ki, Azərbaycanın Mədəniyyət Nazirliyi ilə əməkdaşlıq çərçivəsində film çəkiləcək.

“Azərbaycan Mədəniyyət Nazirliyindəki həmkarlarımızı dəvət etdik ki, Nizami Gəncəvi filminin çəkilişində bizə kömək etsinlər”, – deyə, nazir əlavə edib.

Onun sözlərinə görə, iki ölkə arasında birgə mədəni irsin olduğunu nəzərə alaraq, bir sıra imkanlar, yaxınlaşmalar artırılmalıdır.

Qəribədir ki, iranlı nazir fars dilini iki ölkənin “müştərək irsi” adlandırıb və Azərbaycan şairi Nizami Gəncəvinin yalnız fars dilində yazıb-yaratdığını iddia edib. /Azad İran

Həmçinin yoxlayın

Təbrizdə Sepah-ın silah anbarları və bazaları vuruldu-Video

GADTB: Bu gün səhər saatlarında Təbrizin bie neçə bölgəsində Sepah-ın silah anbarları və bazaları vurulub. …

Xameneinin öldürülməkdən qorxaraq bütün elekteron əlaqələrini kəsdi

GADTB: Öldürülməkdən qorxan Xamenei gizlənərək bütün elekteron əlaqələrini kəsib. Bunkerdə gizlənən Əli Xamenei öldürülmək təhlükəsindən …