İrannın nüvə obyektinə zərbə endirən İsrailin dağıntının yüksək olduğunu açıqladı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın Natanz Nüvə zavoduna zərbə endirən İsrailin dağıntının yüksək olduğunu açıqladı.

Peyk şəklini yayan İsrail bir tikilinin tamamən dağıldığını göstərib.

İran Atom Enerji Təşkilatının sözçüsü Bəhruz Kəmalvəndi bu hadisəni qəza adlandıraraq deyib ki, qəza təsisatın şəbəkəsində olub, insan tələfatı və çirklənmə yoxdur.

Hazırda qəzanın səbəbləri araşdırılır.

İranın Natanz nüvə obyektindəki qəza şübhəlidir və xarici qüvvələrin sabotajına bənzəyir.

Bunu İran parlamentinin deputatı Malik Şəriəti Niyasər Tvitter hesabında yazıb.

“Milli atom texnologiyaları günündə və İranın Qərbin sanksiyaları ləğv etməsinə çalışdığı bir vaxtda baş verənlər ciddi sabotaj şübhəsi oyadır. Bu gün Məclisdə bunun detalları müzakirə olunacaq”, – Niyasər bildirib.

Həmçinin yoxlayın

İran rejimi Azərbaycan neftini qarət etməyə başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanı işğal və müstəmləkə etmiş İran rejimi …

Türk Aralıq dənizində faciənin qarşısını aldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türk əsgərinin diqqəti Şərqi Aralıq dənizindəki fəlakətin qarşısını …