Çərşənbə axşamı , Avqust 18 2026
azfa

İraq Tehrana bağlı qruplaşmaları terrorçu elan etdi

GADTB: İraq hökuməti Livanın “Hizbullah” və Yəmənin Husi qruplarını ölkə daxilində “terrorçu təşkilatlar” elan etmək və onların bütün aktiv və əmlaklarının dondurulması barədə qərar qəbul edib.

Bu haqda İraqın rısmi dövlət qəzeti “Əl-vəqaye əl-İraqiyyə” məlumat yayıb.

“Qərar, Livanın Hizbullah və Yəmənin Husiləri də daxil olmaqla, terror təşkilatı kimi təsnif edilən 24 qurumun “terrorçu aktivlərinin bloklanması” ilə bağlıdır və onlar “terror aktlarında iştirak etdiklərinə” görə belə adlandırılıblar”,- məlumatda bildirilib.

“Terrorçu Aktivlərinin Bloklanması Komitəsi” İraq Nazirlər Şurasının Baş Katibliyi tərəfindən yaradılıb və ona İraq Mərkəzi Bankının sədri Əli Əlaq sədrlik edir.

Onun müavini Çirkli Pulların Yuyulması və Terrorizmin Maliyyələşdirilməsinə Qarşı Mübarizə Departamentinin direktorudur.

Ekspertlər İraq hökmətinin bu qərarını İranın bölgədə təcrid olunması bə təklənməsi istiqamətində bəyük addım hesab edirlər.

Qeyd edək ki, İsrailin İrana hücumu və Tehrana dəstək verənlərə qarşı xəbərdarlığından sonra İraqhökuməti İrandan uzaqlaşmaq siyasəti yürütməyə başlayıb.

İraqda keçirilən son parlament seçkilərindən sonra İranın bu ölkədəki nüfuzu əhəmiyyətli dərəcədə azalıb və Tehrana bağlı silahlı qruplaşmalar da fərqli mövqe nümayiş etdirirlər.

Həmçinin yoxlayın

Urmiya gölünün suyu azalmağa başlayıb

GADTB: Urmiya gölünün bərpası üzrə Milli İşçi Qrupunun katibi Rza Rəhmani deyib ki, hazırda Urmiya …

Təbrizdə elektrik kəsintiləri Tehranın göstərişi ilə müəyyənləşdirilir

GADTB: Təbrizdə uzunmüddətli elektrik kəsintiləri ilə bağlı narazılıqların artması fonunda Təbriz Elektrik Paylayıcı Şirkəti bəzi …