Çərşənbə axşamı , Noyabr 18 2025
azfa

İraq türkmənləri kürd valinin təyinatına görə etiraza qalxdılar

Kərkük Əyalət Şurasının iclasının Bağdadda keçiriləcəyi xəbərinin dərcindən sonra Kərkükün türkmən və ərəb cəbhələri bu toplantının keçirilməsinə qarşı bəyanatla çıxış ediblər, şura rəhbəri də bu xəbəri təkzib edib.

Şənbə günü Türkmən Cəbhəsinin sözçüsü bəyanat yayaraq, Türkmən Cəbhəsinin iştirakı olmadan istənilən görüş və razılaşmanın etibarsız olduğunu açıqlayıb.

Həmçinin İraq türkmənləri dünən Kərkük əyalətinə Kürdüstan Vətənpərvərlər İttifaqından kürd başçı təyin edilməsinə qarşı etiraz aksiyası keçiriblər.

Etirazçı türkmənlər “Kərkük kürd ola bilməz” şüarı səsləndirərək “Bozqurd” işarəsini nümayiş etdiriblər. Yerli təhlükəsizlik qüvvələri etirazçıları dağıdıblar.

Həmçinin yoxlayın

Tahir Nəqəvinin anası: “Xalqdan istəyirəm ki, susmasınlar”

GADTB: Evin həbsxanasında saxlanılan və Vədud Əsədi ilə birlikdə aclıq aksiyasında olan azərbaycanlı vəkil Tahir …

Vədud Əsədinin həyat yoldaşı azərbaycanlı siyasi məhbusların aclıq aksiyasına qoşuldu – Video

GADTB: Azərbaycanlı siyasi məhbuslar Vədud Əsədi və Tahir Nəqəvinin aclıq aksiyasının 21-ci günündə, Vədad Əsədinin …