Şənbə , Mart 14 2026
azfa

İraqçi fars rejim azərbaycanlı fəal Cəfər Rüstəmiradı məhkəməyə çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, iraqçi fars rejim azərbaycanlı milli-mədəni fəal Cəfər Rüstəmiradı Tehranda Apelyasiya Məhkəməsinə çağırdı.

Elektron məktubla məhkəməyə çağırılan azərbaycanlı fəal mayın 21-də rejimin Tehranda yerləşən Apelyasiya Məhkəməsinin 36-cı şöbəsinə müraciət etməlidir.

Qeyd edək ki, bundan öncə isə rejimin Tehranda yerləşən İnqilab Məhkəməsinin 26-cı şöbəsi 2018-ci il iyul ayında keçirilən Babək Qalası Qurultayı ilə əlaqədar yaxalanan azərbaycanlı fəallar İbrahim Nuri və Cəfər Rüstəmirad barəsində ağır hökm çıxarılmışdır.

Məhkəmə qərarına görə, İbrahim Nuri 18 ay, Cəfər Rüstəmirad isə 6 ay həbs cəzasına məhkum edilmişdir. Fəalların ikisi də hər hansı qrup və ictimai-siyasi birliyə üzv olmaq, eləcə də mətbuat fəaliyyətindən məhrum edilib.

Rejimin çıxardığı hökmə əsasən, İbrahim Nuri Əfqanıstan sərhəddində yerləşən Nehbəndan şəhərinə 2 il müddətinə sürgünə göndəriləcək.

 

Həmçinin yoxlayın

Bu gün Təbrizdə molla rejimin mövqelərinə çoxsaylı hücum olub

GADTB: Bu gün səhər saatlarında Təbrizin müxtəlif bölgələri 3 mərhələdə hava hücumuna məruz qalıb. Bu …

Özbəkistan: Türk Dövlətləri Təşkilatında hərbi-texniki əməkdaşlıq təbii prosesdir

GADTB: Özbəkistan Prezidentinin xarici siyasət üzrə müşaviri Abdulaziz Kamilov jurnalistlərə deyib ki, Türk Dövlətləri Təşkilatı …

Bir cavab yazın