Şənbə , Mart 14 2026
azfa

İraqdakı ərəb tayfaları Türkiyənin antiterror əməliyyatlarına dəstəyini bildirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İraqdakı ərəb tayfaları Türkiyənin terror hədəflərini məhv edən əməliyyatlarına dəstəyini açıqlayıb.

Kərkük, Səlahəddin və Diyala əyalətlərindəki tayfaları təmsil edən Ərəb Tayfaları sözçüsü Şeyx Mizahım əl-Huveyt Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalındakı terror təşkilatı PKK-ya qarşı əməliyyatlarını dəstəklədiklərini bəyan edib.

Yazılı bəyanatında Əl-Huveyt Sincar dağında terror təşkilatının nəzarətindəki həbsxanalarda ərəb qadınların günahsız yerə tutulduğunu bildirib.

O deyib ki, bu əməliyyat həm də bu həbsxanalarda qadınlara qarşı işgəncə və təcavüzə də bir cavabdır. Sincarda 8 yeraltı həbsxananın olduğunu deyən Huveyt qadınlar da daxil olmaqla 80-ə yaxın ərəbin günahsız tutulduğunu qeyd edib.

Terror təşkilatı PKK-nın Sincar, Mahmur və ətrafındakı bölgələrdə insanlığa qarşı cinayətlər törətdiyini vurğulayan Əl-Huveyt İraqın mərkəzi hökuməti və Bağdad Məclisi ilə İraq Kürd Regional Rəhbərliyi və Ərbil Məclisinə bu təşkilatın ölkənin şimalından çıxarmaq barədə qərar qəbul etməyə çağırib.

Həmçinin yoxlayın

Bu gün Təbrizdə molla rejimin mövqelərinə çoxsaylı hücum olub

GADTB: Bu gün səhər saatlarında Təbrizin müxtəlif bölgələri 3 mərhələdə hava hücumuna məruz qalıb. Bu …

Özbəkistan: Türk Dövlətləri Təşkilatında hərbi-texniki əməkdaşlıq təbii prosesdir

GADTB: Özbəkistan Prezidentinin xarici siyasət üzrə müşaviri Abdulaziz Kamilov jurnalistlərə deyib ki, Türk Dövlətləri Təşkilatı …

Bir cavab yazın