Bazar ertəsi , Fevral 9 2026
azfa

İraqın antiterror qüvvələri terrorçu Sepah komandanını yaxaladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İraqın antiterror qüvvələri İrana bağlı terrorçu “Kətaib Əlhizbullah” qüvvələrinin qərargahına basqın zamanı burada terrorçu Sepahın Qüds qanadının komandanlarından birini də yaxalayıb.  

“Reuters” Xəbər Agentliyinə adının açıqlanmasını istəməyən iraqlı rəsmi bildirib ki, əməliyyatda Həşdişəbinin 4 komandanı və 15 yüksək rütbəli üzvü də iranlı komandanla birlikdə yaxalanıb. Həmçinin qərargahdan bir neçə İran raketi də aşkarlanıb.

İranın Ali Milli Təhlükəsizlik Şurasına bağlı “Nur.news” saytı xəbəri təkzib edib.

Qeyd edək ki, İranın dəstəklədiyi “Kətaib Əlhizbullah” qruplaşması 2009-cu ildə ABŞ tərəfindən terror təşkilatları siyahısına salınıb.

Həmçinin yoxlayın

İsrail ABŞ-ni İrana qarşı birtərəfli hücumlara hazır olduğu barədə xəbərdar etdi

GADTB: İsrail müdafiə rəsmiləri ABŞ-ni xəbərdar edib ki, ölkə lazım gələrsə, İrana qarşı birtərəfli hərəkətə …

İran PJAK üzvlərini həbs etdiyini bildirir

GADTB: İran hakimiyyəti İran kürd hərbi-siyasi təşkilatı PJAK-ın 11 üzvü olduğu iddia edilən şəxsi təxribat …

Bir cavab yazın