Şənbə , Noyabr 14 2026
azfa

İrpeni bombalayan rus qırıcısı vuruldu

Kiyevətrafı ərazini, İrpen şəhərini bombalayan Rusiyanın Su-25 hərbi təyyarəsi vurulub. Bu barədə ukraynalı jurnalist Andrey Tsapliyenko məlumat verib.

“İrpeni bombalayan düşmənin Su-25 təyyarəsi məhv edilib”, – məlumatda deyilir.

Qeyd edək ki, ukraynalı müdafiəçilər Kiyev yaxınlığında rus ordusuna hücumlarını dəf etməkdə davam edirlər. Şiddətli döyüşlər bir neçə gündür davam edir, lakin rusların paytaxta girmək cəhdləri uğur qazanmır.

İrpin şəhəri əhəmiyyətli dağıntılara məruz qalıb, yaşayış infrastrukturlarına da hücumlar olub.

Rusiyanın Kiyevə atdığı qanadlı raket vuruldu. Kiyevin “Cənub” dəmiryol vağzalında güclü partlayış baş verib. Bu barədə Ukrayna DİN rəhbərinin müşaviri Anton Geraşenko danışıb.

O bildirib ki, Rusiya vağzalı qanadlı raketlə vurub:

“Bizim qəhrəman Hava Hücumundan Müdafiə qüvvələri Rusiyanın qanadlı raketini hədəfə dəyməmiş məhv edib”.

Həmçinin yoxlayın

İran İslam Respublikası ilə müharibənin maliyyələşdirilməsinin dayandırılması ABŞ-ın Tehran qarşısında imkanlarını məhdudlaşdıracaq

GADTB: Amerikanın “The National Interest” nəşri xəbərdarlıq edib ki, demokratların İran İslam Respublikası ilə müharibənin …

Molla rejimi Qəşqay türklərinin Qəşqay vilayətinin yaradılması tələbinə məhəl qoymur

GADTB: Qəşqay türklərinin Qəşqay vilayətinin bərpası və ya yenidən yaradılması ilə bağlı uzun illərdir davam …