Cümə axşamı , Dekabr 2 2021
azfa

İrqçi fars-molla rejimi Azərbaycan sərhədində təlimi yarımçıq buraxıb geri çəkildi-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran ordusu Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimdə öz qüvvələrinə atəş açıb, 14 hərbçi yaralanıb.

Dünən İranın Azərbaycan Cumhuriyyəti ilə sərhəddə keçirdiyi “Xeybərin fatehləri” adlı hərbi təlimləri naməlum səbəblərdən dayandırması barədə xəbərlər yayılıb. Təlimlərin baş tutduğu ərazidə heç bir atəş səsi eşidilməyib.

Səhər saatlarından isə İranın bölgəyə gətirdiyi hərbi texnikalar yollarda geri qayıdarkən müşahidə edilib.

İran ordusunun bölmələri təlimə yeni başlayan zamanı səhvən öz qüvvələrinə atəş açıb, nəticədə 6 nəfər ağır, 8 nəfər isə qismən yüngül yaralanıb.

Bildirilir ki, 4 hərbçi helikopterin “səhvən” onları bombalaması nəticəsində yaralanıb və onların əl və ayaqları kəsilib.

Hələ ki, İran rəsmi orqanları yayılan iddialara, habelə təlimlərin hansı səbəbdən yarımçıq dayandırılmasına aydınlıq gətirməyib.

Həmçinin yoxlayın

Azərbaycanlı siyasi məhbus Abbas Lisaniyə azadlıq tələbilə dəstək aksiyası-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərində oktyabrın 1-də bir qrup …

Azərbaycanlı fəalı Əkbər Mohacerinin həbsi üçün İran məhkəməsinin əməkdaşları onun evinə hücum ediblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin Şərqi Azərbaycandakı prokurorluğu Azərbaycan Milli Hərəkatının …