Bazar ertəsi , İyul 13 2026
azfa

İrqçi fars-molla rejimi azərbaycanlı fəal Məhəmməd Mahmudini həbsə məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı milli-mədəni fəal Məhəmməd Mahmudini ay həbsə məhkum etdi

Molla rejimi fəalı “Sistemə qarşı təbliğat aparmaq” və “GAMAC-a üzv olmaq”da ittiham edib.

Azərbaycanlı fəal mayın 13-də rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsinin birinci şöbəsində Rəhim Həmlbərin sədrliyi ilə keçirilən iclasda mühakimə edilib.

Azərbaycanlı fəal Məhəmməd Mahmudi 2019-cu ilin noyabr ayında benzinin bahalaşmasına qarşı keçirilən kütləvi etirazlar zamanı rejimin məmurları tərəfindən yaxalanmışdı.

Fəal 100 günə yaxın molla rejimin ETTELAAT İdarəsinin təcridxanasında saxlanıldıqdan sonra 600 milyon tümən dəyərində  mülki vəsiqə qarşılığında fevralın 26-da zaminə buraxılmışdı.

Rejimin məhkəməsi Mahmudinin milli fəal Abbas Lisani ilə əlaqəsini onun “GAMAC-a üzv olmaq” ittihamına sübut kimi qəbul edib. Halbuki, Abbas Lisani daha öncə Ərdəbildə keçirilən məhkəmədə “GAMAC-a üzvlük” ittihamından bəraət alıb.

Qeyd edək ki, 2009-cu ildə Amsterdam şəhərində 12 maddəlik nizamnamənin qəbul edilməsi ilə fəaliyyətə başlayan GAMAC Təşkilatı nizamnaməsinin 8-ci bəndində təhlükəsizlik məsələləri ilə əlaqədar İran sərhədlərinin içində hər hansı üzv və ya nümayəndəsinin olmayacağı qeyd edilib.

Həmçinin yoxlayın

Təbrizin üç şirkətinin zərərçəkən investorları Tehranda etiraz aksiyası keçirdi; etirazçılar “Bayram vədi bəsdir, süfrəmiz boşdur” şüarı səsləndirdilər

GADTB: Təbrizin “Ayan”, “Lalə” və “Mümtaz” şirkətlərinin bir qrup zərərçəkmiş investoru Tehranda etiraz aksiyası keçirərək …

İran ərəb ölkələrinə raket və pilotsuz uçuş aparatları ilə hücum etdi

GADTB: İranın qərb və mərkəzi bölgələrində yerləşən müxtəlif buraxılış məntəqələrindən regionun ərəb ölkələrinə qarşı genişmiqyaslı …

Bir cavab yazın