GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Tehrandakı İnqilab Məhkəməsinin hökmü ilə azərbaycanlı fəallar Səid Minayi və Aydın Məhəmmədi ümumilikdə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Xüsusi qəddarlığı ilə tanınan hakim Sələvatinin sədrlik etdiyi Tehran İnqilab Məhkəməsinin 15-ci bölməsinin bu yaxınlarda çıxardığı hökmə əsasən, Minayi “ölkənin təhlükəsizliyinə qarşı toplaşmaq və cinayət törətmək üçün əlbir olmaq” ittihamı ilə 5 il həbs cəzasına məhkum edilib.
Süleyman Məhəmmədi isə eyni ittihamla 3 il müddətinə azadlıqdan məhrum edilib.