GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir neçə milli fəala məhkəmədə vəkillikl edən tanınmış azərbaycanlı vəkil Məhəmmədrza Fəqihi Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsində mühakimə olunacaq.
Almaniyada yaşayan vəkil və insan haqları müdafiəçisi Sina Yousefi öz Twitter hesabında Məhəmməd Rza Fəqihinin son vəziyyəti ilə bağlı məlumat verib:
Məhəmmədrza Fəqihi ictimai asayişi pozmaq ittihamı ilə 12 oktyabr 2022-ci il Vəkillər Birliyi binasının qarşısında keçirilən oturaq aksiya və toplaşma ilə eyni vaxtda rejimin qüvvələri tərəfindən həbs edilmiş və bir neçə gün təkadamlıq kamerada saxlandıqdan sonra 25 oktyabr 2022-ci ildə zaminə buraxıldı. Azərbaycanlı fəal bu gün mühakimə olunacaq.